Pərdə və tülün yuyulması

Pərdə həm funksionallığına görə, həm də interyer dizayn elementi kimi əvəzsiz bir önəmə sahibdir. Pərdələr tikiliş və material baxımından çox müxtəlif olur və pərdələrin tikilişində fərqli dekorativ elementlərdən istifadə olunur.

Bütün bu qeyd olunan nüanslar zamanla məruz qaldığı təsirlər nəticəsində kirlənən pərdələrin yuyulması prosesini çətinləşdirir. Ev şəraitində pərdə yuma artıq əvvəlki kimi asan başa gəlmir. Bizim sizə təklif etdiyimiz pərdələrin yuyulması xidməti sizi bu tip risklərə getməməyə və görünüşünü bərpa etməyə imkan verir.

Bakıda pərdə yuma xidməti axtaran sakinlər rahatlıqla bizə müraciət edə bilərlər. Pərdələrin yuyulmasında istifadə etdiyimiz xüsusi vasitələr sizin pərdələrinizin rəngini və dizaynındakı detalların qorunacağına zəmanət verir.
Elə indi bizə müraciət edin! Əməkdaşlarımız sizə uyğun bir zamanda sizin pərdələri sizdən təhvil götürəcək. Ən qısa zamanda sizin pərdələr yuyularaq sizə təhvil veriləcəkdir.

Bu gün evdə və xüsusəndə iş yerlərində ənənəvi pərdə ilə yanaşı jalüz və ştorlardan da istifadə edilir. Jalüz və ştorların üzərinə istənilən şəklin çap edilmə imkan verir. Evinizdə və iş yerinizdə istifadə etdiyiniz jalüz və ştorlar da zamanla məruz qaldığı təsirlər nəticəsində çirklənir. Ənənəvi pərdələr kimi jalüz və ştorların da vaxtaşırı təmizlənməsinə və yuyulmasına ehtiyac vardır. Belə bir ehtiyac yarandıqda siz rahatlıqla bizə müraciət edə bilərsiniz. Bizim şirkət şəkilli və ya şəkilsiz, hər növ jalüz və ştorların yuyulması xidmətini həyata keçirdir. Yuyulduqdan sonra Jalüz və ştorların ünvana çatdırılması və yerinə montaj olunması bizim əməkdaşlar tərərindən yerinə yetirilir.